Kross qaçışı üzrə paytaxt çempionatına yekun vurulub

0
418

Sentyabrın 21-də kross qaçışı üzrə paytaxt çempionatına yekun vurulub.
Bakı Dövlət Cıdır Meydanında keçirilən çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10-dək idman klubu təmsil olunub.
Qızlar arasında kross yarışında Samirə Cəbrayılzadə (1 km), Günel Manafova (2 km) və Anna Yusupova (6 km) birinci olublar.
Oğlanların yarışında isə Mahmud Mehdiyev (2 km), Nadir Əliyev (3 km), Eldar Qəzənfərov (6 km) və Elman Abışov (10 km) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bu yarış oktyabrda Cəlilabadda keçiriləcək respublika çempionatına hazırlıq xarakteri daşıyır.