İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş parad zamanı Çin hipersəs silahları və ən son dronları nümayiş etdirə bilər.
Bunu “Global Times” qəzetinə çinli hərbi ekspert Sun Çjunpin deyib.
Bildirilir ki, parad sentyabrın 3-də baş tutacaq. Hərbi yürüş Çinin paytaxtında, Tyananmen meydanında baş tutacaq.
“Ümid edirəm ki, təkcə artıq debüt etmiş J-35A qırıcı təyyarəsini deyil, həm də hipersəs raketləri və pilotsuz sistemlər kimi yeni silah növlərini görəcəyəm”, – Sun Çjunpin deyib.
Ekspert əminliklə qeyd edib ki, Çin yeni silahlar nümayiş etdirməklə dövlətin suverenliyini və təhlükəsizliyini qorumaq qabiliyyətini dünyaya nümayiş etdirəcək. “Bu, düşmən qüvvələr üçün çəkindirici rol oynayacaq”, – deyə o, vurğulayıb.




