Rusiyanın Kiyevdə çoxmərtəbəli yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26 nəfərə çatıb.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər xilasedicilər Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından 10 nəfərin cəsədini, o cümlədən 2 yaşlı uşaqı çıxarıblar.
“16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb”, – Fövqəladə Hallar Xidməti əlavə edib.
Xidmətin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib. Ərazidən 2000 tondan çox dağıntı çıxarılıb. Fəsadların aradan qaldırılmasına 180 xilasedici və 60 texnika cəlb olunub.




