Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

0
428

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri ehtimala əsaslanan kompüter sxemi üzrə işləyən ilk qurğu təqdim ediblər. Bu haqda “Science Daily” nəşri yazıb.

Müasir kompüterlər informasiyanı adətən sıfır və vahidin ardıcıllığı şəklində yadda saxlayır. Yaxın illərdə öz işində kvant biti olan kubitlərdən istifadə edəcək gələcəyin kompüterinin təqdim ediləcəyi təxmin edilir. Belə kompüterlər eyni zamanda həm sıfır, həm də vahidlər üzərində əməliyyatlar apara bilər ki, bu da kompüterin məhsuldarlığını xeyli artırmalıdır.

Ehtimala əsaslanan kompüter ənənəvi və kvant kompüterləri arasında aralıq mövqe tutur. Qurğu ehtimala əsaslanan bitlə – “p-bits” işləyir və onun qiyməti istənilən vaxt sıfır və ya vahid ola bilər.

Bu halda “p-bits” istənilən ənənəvi elektronika kimi adi otaq temperaturunda işləyir.

Mühəndislər 8 belə qurğu yığmağa müvəffəq olublar ki, bu da ehtimala əsaslanan kompüterin hazırlanması haqqında məlumat verməyə imkan verib. Sınaqlar vaxtı qurğu tam ədədlərin faktorizasiyası üzrə test məsələsini tez bir şəkildə həll edib