İtaliyada son bir ildə 113 qadının öldürülməsindən sonra tarixi addım atılıb.
Qadın öldürmə cinayətlərinə ömürlük həbs cəzası təklif edən qanun layihəsi parlamentin yuxarı palatası olan Senat tərəfindən təsdiqlənib.
Qanun layihəsi yekun təsdiq üçün parlamentin aşağı palatası olan Deputatlar Palatasına göndəriləcək.
“Biz inanırıq ki, bu addım yolverilməz bir sosial yara ilə qarşı mübarizəyə töhfə verəcək”, – İtaliyanın baş naziri Coriya Meloni məsələ ilə bağlı açıqlamasında bildirib.
Qanun layihəsində həmçinin qadın öldürməkdə təqsirli bilinənlər üçün daha sərt həbsxana nəzarəti və imtiyaz məhdudiyyətləri nəzərdə tutulur.




