Ermənistan Fransaya hərbi attaşe təyin etdi

Ermənistan Fransaya hərbi attaşe təyin edib.

Müvafiq sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Bu vəzifəyə Artur Aznavuryan təyin olunub. Aznavuryan avqustun 1-də vəzifəsinin icrasına başlayacaq və üç il Fransanın paytaxtında çalışacaq.

Qeyd edək ki, Artur Aznavuryan bundan əvvəl Ermənistanın İrandakı hərbi attaşesi olub.