Dina Averina dünya çempionatında lentlə hərəkətlərdə birinci yeri tutub

0
438

Rusiya gimnastı Dina Averina 21.800 xal toplayaraq 37-ci bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə birinci yeri tutub.

İkinci  yerdə Lina Aşram (İsrail, 20.750 xal), üçüncü yerdə isə Ekaterina Seleznyova (Rusiya, 20.650 xal) qərarlaşıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq