Rasim Məmmədov: “BNA-nın işinə mane olmayın…”

0
605

“Bakı Nəqliyyat Agentliyinin işçiləri tərəfindən şəhərimizdəki tıxacların aradan qaldırılması məqsədilə qeyri-qanuni dayanacaqlarla bağlı aparılan əməliyyat  tədbirlərinə əhalinin bir sıra nümayəndələrinin narazılıqlarını düzgün hesab etmirəm”.

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nın I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədovun ölkə vətəndaşlarının problemlərinə ictimai nəzarət çərçivəsində həyata keçirilən təbliğat kompaniyası nəqliyyat sahəsindəki xidmət və asayişin qorunması ilə bağlı əhəmiyyətli işləri yüksək qiymətləndirmişdir. Rasim Məmmədov eyni zamanda bildirmişdir ki, Bakı şəhərindəki  5 milyona yaxın insanın ictimai və şəxsi nəqliyyatdan imkan dairəsində rahat istifadə etməsi və süni maneələrlə qarşılaşmaması üçün gücləndirilmiş iş rejimi ilə işləyən nəqliyyat agentliyinin nümayəndələrinə qarşı birbaşa ünsiyyətdə və sosial şəbəkələrdəki aqressiv çıxışları, şər və böhtanları  Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinə kölgə salmaqdan, eyni zamanda bu gərgin fəaliyyətin operativliyinə əngəl törətməkdən başqa bir şey deyil.

R.Məmmədov şəxsi mənafelərini üstün tutan insanlara deyil, şəhərin qlobal miqyasda inkişaf edən nəqliyyat strukturundakı fəaliyyət nümunələrinin əhalinin rahatlığının təminatının qorunmasına xidmət etməsinə daha çox diqqət ayırmağın vacibliyini  vurğulamışdır.

Onu da qeyd edək ki, İctimai Nəzarət Koalisiyasının Nəqliyyat, Rabitə Sahələrinə Nəzarət Departamentinin sədri Bayram Şərifovun başçılıq etdiyi işçi qrupu Bakı şəhərində, eyni zamanda respublikanın digər şəhər və rayon mərkəzlərinə nəqliyyatın fəaliyyətinə və sərnişin daşınmasında problemlərin həllinə nəzarət istiqamətində aparılan işlər zamanı nəqliyyat vasitəsi idarəçilərinin fəaliyyətində məsuliyyətsizlik və qanunsuzluq hallarının şahidi olmuşlar. Bu kimi halların aradan qaldırılması istiqamətində təbliğat işləri davam etməkdədir.

“ictimaixeber”