62 yaşlı kişi 44-cü dəfə universitet imtahanına girdi

Samsunun Bafra rayonunda yaşayan 62 yaşlı təqaüdçü müəllim Adem Topçuoğlu bu il 44-cü dəfə universitet imtahanına qatılıb.

Bugünə qədər Anadolu Universitetinin açıq təhsil proqramlarında və Dumlupınar Universitetində müxtəlif ixtisaslar üzrə təhsil alan Topçuoğlu, həm lisans, həm də ön lisans dərəcələri üzrə kamu idarəçiliyi, turizm və otelçilik, ilahiyyat, nəqliyyat xidmətləri kimi sahələrdə diplomlar əldə edib.

10 il sinif müəllimliyi, 13 il ingilis dili müəllimliyi və 4 il sürücü kurslarında təlimatçı kimi fəaliyyət göstərən Topçuoğlu, hazırda altıncı universitetinin birinci kursunu uğurla tamamlayıb.

Bu il də YKS imtahanına qatılan Topçuoğlu, “Artıq bu imtahanlarla sanki sınavkolik olduq. Həyatım boyu təhsilə davam edəcəyəm,” – deyə bildirib.

O, imtahanlara hazırlaşarkən ən böyük dəstəkçisinin qardaşının övladı Halenur Tokur olduğunu, onu da bu yolla imtahanlara alışdırdığını deyib.