“İsrailin İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan ostanına endirdiyi zərbələr nəticəsində azı 30 əsgər və bir İran Qızıl Aypara Cəmiyyətinin işçisi həlak olub”.
Bunu İranın Şərqi Azərbaycan əyalətinin qubernatoru deyib.
“İsrailin cümə günü səhər saatlarından etibarən əyalətə qarşı hücumu nəticəsində vətəni müdafiə edən 30 əsgər və bir Qırmızı Aypara üzvü şəhid olub, 55 nəfər isə yaralanıb”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri İranın şimal-qərbində yerləşən Təbriz şəhərində neft emalı zavodunun ətrafına zərbələr endiriblər.