Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev gənc vokal ifaçısı Altun Süleymanova öz müəllif mahnılarından birini hədiyyə edib.
Görüş zamanı bəstəkar Altun Süleymanovun ifaçılıq bacarığını yüksək qiymətləndirərək, əsərin məhz onun səsində səslənməsini istədiyini bildirib və ilk dəfə olaraq həmin mahnını rəsmi şəkildə ona təqdim edib. Bununla yanaşı, sənətkar gənc ifaçıya öz sənət halallığını da verib.
Altun Süleymanov bu hadisəni yaradıcılıq yolunda böyük etimad və məsuliyyət kimi qiymətləndirərək, əsərin yaxın müddətdə ictimaiyyətə təqdim olunacağını qeyd edib.
Cavanşir Quliyevin bəstələri bir çox tanınmış sənətçilər tərəfindən ifa olunub:
- Brilliant Dadaşova – “Hər şey gözəldir həyatda”, “Hicran”
- Zülfiyyə Xanbabayeva – “İtkin gəlin”, “Qızım”
- Aygün Kazımova – “Tənha qadın”, “Məni daha gözləmə”, “Yaz yağışı”
Bəstəkarın əsərləri həmçinin “Fəryad”, “Aşıq Qərib”, “İtkin gəlin” kimi filmlərdə də səslənib
İzləmədə olun — sənət dolu bir təqdimat gəlir!