Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erkən seçki müzakirələrinə toxunub

0
12

Ərdoğan bu barədə Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Türkiyəni belə bir çıxılmaz vəziyyətə salmayacağıq və edə bilmərik, buna ehtiyac da yoxdur. Türkiyə hazırda tarixinin ən sabit və güclü dövrünü yaşayır”, – Ərdoğan deyib.

Yeni konstitusiya məsələsinə toxunan Ərdoğan bildirib: “İlk dörd maddədə problem olmadığı üçün yalnız yol xəritəsini müəyyənləşdirəcəyik. Komitələrimizi sürətlə formalaşdıra bilərik. Baş nazir olduğum müddətdə belə işlər görmüşük, təkrar edə bilərik, çox vaxt aparmayacaq. Yeni konstitusiyanın özümüz üçün deyil, ölkəmiz üçün olmasını istəyirik. Yenidən prezidentliyə namizədliyimlə bağlı heç bir narahatlığım yoxdur”.