Zelenskidən 9 May xəbərdarlığı: Ukrayna baş verəcəklərə görə məsuliyyət daşımır

0
42

Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Moskvada dünya liderlərinə mümkün təhlükə barədə xəbərdarlıq edib.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Ukrayna Rusiya paytaxtında sözügedən parada planlaşdırılan səfərlər zamanı digər ölkələrə öz nümayəndələrinin təhlükəsizliyinə zəmanət verməkdən imtina edib. Zelenskinin sözlərinə görə, Rusiya tərəfi müstəqil şəkildə qonaqlara qarşı müxtəlif hərəkətlər edə və onların günahını Ukraynanın üzərinə ata bilər. Eyni zamanda, Ukrayna Rusiyada baş verəcəklərə görə məsuliyyət daşıya bilməz.

“Mayın 9-da Rusiyaya gedən bütün ölkələrə münasibətdə mövqeyimiz çox sadədir: Rusiya Federasiyası ərazisində baş verənlərə görə biz məsuliyyət daşıya bilmərik. Onlar sizin təhlükəsizliyi təmin edir və ona görə də biz sizə heç bir zəmanət verməyəcəyik. Çünki Rusiyanın bu tarixlərdə nə edəcəyini bilmirik”, – deyə Zelenski qeyd edib.