BOK tarixində ilk – Qadın prezident seçildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Zimbabvedən olan İcraiyyə Şurasının üzvü Kirsti Koventri təşkilatın yeni prezidenti olub.

Bu barədə “X” sosial şəbəkəsində jurnalist Stiv Uilson məlumat verib.

Yeni rəhbər BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında martın 20-də keçirilən səsvermənin birinci turundan sonra seçilib.

41 yaşlı Koventri tarixdə BOK-a rəhbərlik edən ilk qadın olub. 2013-cü ildən təşkilatın üzvüdür. Bir idmançı kimi o, ikisi qızıl olmaqla, üzgüçülük üzrə yeddiq olimpiya medalı qazanıb. Tarixdə ilk dəfə olaraq qadın BOK-un prezidenti olub. 2013-cü ildən BOK-un üzvüdür. O, Olimpiya üzgüçülüyündə iki qızıl, dörd gümüş və bir bürünc medal qazanıb.

Fevralın 26-da BOK Tomas Baxın təşkilatın rəhbəri vəzifəsindən istefasını qəbul edib. Qərar səlahiyyətlərin BOK-un yeni rəhbərinə veriləcəyi 2025-ci il iyunun 23-dən sonra qüvvəyə minəcək.