ABŞ-ın Şimali Karolina ştatında Pitt-Qrinvil hava limanı yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Bildirilib ki, helikopterdə olan 2 nəfər həyatını itirib.
Səlahiyyətlilər qəzaya düşən helikopterin “Beechcraft Bonanza” modeli olduğunu bildirib.
Qəzanın səbəbləri araşdırılır.