Rusiya-NATO sərhədi buradan keçəcək – Corc Buşun keçmiş müşaviri detalları açıqladı

0
9

Rusiya ilə NATO arasında sərhədin necə olacağı bəlli olub.

Bunu RBC-yə müsahibəsində ABŞ-ın sabiq prezidenti Corc Buşun müşaviri olmuş Tomas Qrem deyib.

“Rusiya ilə NATO arasında sərhədin nə olacağı bəlli oldu. Bu, Barents dənizindən Baltik dənizindən keçərək Qara dənizə çəkiləcək bir xətt olacaq”, – ekspert qeyd edib.

Onun fikrincə, həm Ukrayna münaqişəsinin həlli, həm də Avropa birliyi ilə bağlı daha geniş müzakirələr sayəsində alyansın genişlənmək istəyi azalacaq. Qrem əlavə edib ki, NATO-dan kənarda az sayda Avropa ölkəsi qalıb. O, bir sıra Balkan dövlətlərinin bloka daxil olacağını deyib, lakin vurğulayıb ki, Ukrayna demək olar ki, heç vaxt NATO-ya üzv olmayacaq.