Əhalinin gəlirləri artıb

0
16

Ötən il əhalinin gəlirləri artaraq 83.1 milyard manat olub.

Bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Yəni 2024-cü ilin ilkin məlumatlarına görə əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4% artıb.

Beləliklə, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb.

2024-cü ilin ilkin məlumatlarına əsasən iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1% artaraq 1009,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.