İtaliyalı elm adamları ilk dəfə “super solid” adlı ekzotik maddə formasını yaratmaq üçün işıqdan istifadə ediblər.
Bununla bağlı İtaliya Milli Tədqiqat Şurasının (CNR) alimləri araşdırma aparıb.
Uğurlu alınan tədqiqatda əvvəllər yalnız atomlarla mümkün olan bu ekzotik maddə forması işıqdan istifadə etməklə istehsal olunub.
Tədqiqatda fotonlar birbaşa bərk materiala çevrilməyib. Bunun əvəzinə, lazerdən gələn fotonlar qallium arsenidi ehtiva edən yarımkeçirici materiala yönəldilib və maddə ilə qarşılıqlı təsir göstərib.
Tədqiqatçılar vurğulayır ki, bu kəşf işıq yayan cihazlarda və yeni nəsil kvant texnologiyalarında istifadə edilə bilər.
Araşdırma “Nature” jurnalında dərc olunub.