Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?

0
23

Ermənistan və Azərbaycanın ərazilərinin miqyası sülh müqaviləsinin mətnində göstərilməyib.

Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

Lakin onun sözlərinə görə, ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında bənd qeydə alınıb.

“Tərəflər sülh müqaviləsinin mətnində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır, lakin kvadrat kilometrdən söhbət getmir”, – nazir “Hayastan” fraksiyasının deputatı Levon Köçəryanın sualına cavabında deyib.

Mirzoyan hesab edir ki, təbii ki, problemlər var, lakin bu riskləri idarə etməyin yeganə yolu danışıqlar və sülh quruculuğudur. Bu baxımdan o, əmindir ki, razılaşma tamamilə Ermənistanın maraqlarına uyğundur.