ABŞ tanınmamış ölkə ilə bağlı danışıqlar apara bilər: Əgər onlar Qəzza qaçqınlarını…

0
12

Əgər Somalilənd respublikası Qəzza zolağından qaçqınları qəbul etməyə razılıq verərsə, ABŞ prezidenti Donald Trampın administrasiyası onun suveren dövlət kimi tanınması üçün danışıqlar aparacaq.

Bu barədə mənbələrə istinadən “Associated Press” (AP) agentliyi məlumat yayıb.

“Bu proseslərdə iştirak edən ABŞ rəsmisi təsdiqləyib ki, Vaşinqton tanınması müqabilində ABŞ üçün faydalı ola biləcək bir sıra sahələr haqqında Somalilənd ilə sakitcə danışıqlar aparır”, – agentlik mənbələrə istinadən bildirir.

Əlavə olaraq qeyd olunur ki, tanınmamış Somaliləndin hakimiyyət orqanları ABŞ nümayəndələri ilə əlaqə faktını açıq şəkildə inkar edir. Bununla belə, dünyanın qalan hissəsi ilə rəsmi münasibətlərin qurulmasına diqqət yetirilməsi sözügedən ölkənin hakimiyyət orqanlarının Fələstinə ictimai dəstəkdən əl çəkməsinə səbəb ola bilər.