Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşündən sonra birgə bəyanat yayıb.
Bəyanatın mətni Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub.
“Ukrayna ABŞ-ın Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə, tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti, 30 günlük atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ Rusiyaya çatdıracaq ki, Rusiya tərəfi də qarşılıqlı sülhə razılıq verməlidir”, – deyə bəyanatda bildirilib.
***
Ukrayna hərbi əməliyyatlarda 30 günlük fasiləyə razılıq verib.
Bu barədə Ciddə şəhərində baş tutan görüşdən sonra ABŞ və Ukraynanın yaydığı birgə bəyanatda deyilir.
Qeyd olunub ki, Ukrayna “Rusiya Federasiyasının qəbul etməsi və birmənalı şəkildə yerinə yetirməsi şərti ilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən 30 günlük müvəqqəti atəşkəs”lə razılaşmağa hazırdır.
Bəyanatda ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edəcəyi də bildirilir.