Rusiyaya qarşı Fransanın “Mirage” qırıcıları qaldırıldı – Vəziyyət Kiyevin xeyrinə dəyişə bilər

0
27

Ukrayna Silahlı Qüvvələri Fransanın hədiyyə etdiyi “Mirage” qırıcılarını Rusiya ordusuna qarşı çıxarır.

Bu qırıcılardan ilk dəfə istifadə edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Telegram” kanalında bildirib ki, son 24 saat ərzində Rusiyaya qarşı mübarizə üçün “F-16” və “Mirage-2000” dən istifadə edilib.

Bildirilir ki, cəmi bir ay əvvəl Ukraynaya gələn fransız qırıcıları ilk dəfə olaraq hava hücumunun dəf edilməsində iştirak ediblər.

Qeyd edək ki, Fransanın Ukrayna Silahlı Qüvvələrinə “Mirage” tədarükünə başladığının rəsmi təsdiqi fevralın əvvəlində ortaya çıxıb. Daha sonra Fransanın müdafiə naziri Sebastian Lekornu ilk partiyanın Ukraynaya çatdığını elan edib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bu qırıcıların 2024-cü ilin iyununda təhvil veriləcəyini açıqlamışdı.

Fransanın ümumilikdə 26 ədəd “Mirage-2000” təyyarəsi var.