İranlı deputat yoxsul insanları öz böyrəklərini satmağa çağırdı

0
21

İranın millət vəkili yoxsul insanları öz böyrəklərini satmağa çağırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Belə ki, İran parlamentinin Səhiyyə və müalicə komissiyasının üzvü Hüseynəli Şəhriyari böyrək alqı-satqısını müdafiə edərək, bunu yoxsul insanların həyatını dəyişdirmək üçün bir yol hesab edib.

İnternet istifadəçiləri və səhiyyə sahəsini tənqid edənlər onun sözlərinə kəskin reaksiya veriblər.