“Omeqa-3” kalsium, dəmir, mis və xrom tərkibli əlavələrlə eyni vaxtda qəbul edilməməlidir.
Bu tövsiyə ilə qastroenteroloq-terapevt Svetlana Yermakova çıxış edib.
Həkimin sözlərinə görə, “Omeqa-3″ün gündəlik tələbatı təxminən iki kiloqram balıq və ya dəniz məhsulunda olur:
“Lakin qida ilə bu miqdarda “Omeqa-3” qəbul etmək çətindir, ona görə də, o qida əlavəsi şəklində, yeməkdən 30 dəqiqə sonra qəbul edilməlidir.
“Həmçinin diqqət etmək lazımdır ki, kapsul və həb ağızda çeynənilməsin, bol su ilə qəbul edilsin” , – S.Yermakova qeyd edib.