Avropanın bir sıra ölkələrində elektrik enerjisinin qiyməti sıfırdan aşağı düşüb.
Bu barədə “Bloomberg” agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, buna səbəb Almaniyanın Günəş elektrik stansiyalarında hasil edilən elektrik enerjisinin həcmləri olub.
Nəticədə, müəyyən dövr ərzində Almaniyanın daxili bazarında elektrik enerjisinin qiyməti meqavatt/saata görə -17,73 avro olub. Həmçinin Niderland və Belçikada elektrik enerjisinin qiyməti sıfırdan aşağı düşüb.
Bildirilir ki, bərpaolunan enerji şəbəkəni doldurduğundan və təklif tələbi üstələdiyindən qiymətlərin sıfırdan aşağı düşməsi Avropada geniş yayılmış haldır.