Valideynlərə bildiriş göndərildi: şagirdlərə cismani cəza tətbiq ediləcək

0
10

Çinin cənubundakı özəl məktəblərdən biri şagirdlərə cismani cəza tətbiq edəcək.

Bu barədə “South China Morning Post” qəzeti yazıb.

Məlumata görə, məktəb şagirdlərin valideynlərinə imzalamaları üçün fiziki cəzaya icazə verən qaydalar toplusu göndərib.

Sənəddə qeyd olunub ki, onlar məktəbliləri dərsdə yatdıqlarına, ev tapşırıqlarını yerinə yetirmədiklərinə və ya pis davranışlarına görə cəzalandırmağı planlaşdırırlar. Yeni qaydalara görə, şagirdlərin əllərinə, ovuclarına xətkeşlə vurmaq və ya onları saatlarla ayaq üstə saxlamaq mümkün olacaq.

Məktəb diqqətə çatdırıb ki, bir qayda pozuntusuna görə şagirdin əlinə və ya ovucuna xətkeşlə 10 dəfədən çox vurulmayacaq. Ayaq üstə durmaq cəzası iki saatdan çox ola bilməz.

Məktəb rəsmiləri hesab edirlər ki, nalayiq davranışa görə bu cür cəzalar uşaqların səhvlərin qarşısını almaq zərurətini dərk etməsinə kömək edəcək və onlar “qanuna tabe olan, yaxşı vətəndaşlar olacaqlar”.

Bu qaydalarla razılaşmayan valideynlər isə övladlarını başqa məktəbə keçirməli olacaq.