Nazirə yeni müşavir təyin olundu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təyin edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, bu vəzifəyə Quliyev Orxan Madar oğlu gətirilib.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan O. Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Orxan Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.