Egeydə zəlzələ: İzmir və ətraf vilayətlər silkələndiDünya

0
13

Egey dənizində daha 4,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7,91 kilometr dərinliyində baş verib. Zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub. Dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, Egey dənizində son günlər tez-tez zəlzələ baş verir.