Cəmi iki gün əvvəl ABŞ-dan qayıdan Nikol Paşinyanın Fransaya səfəri onun komandasında narahatlıq yaradıb.
Bu barədə Ermənistan mətbuatı mənbələrə istinadən məlumat yayıb.
Rəsmi açıqlamaya görə, dünən Süni İntellekt üzrə Fəaliyyət Sammitində iştirak etmək üçün Parisə gedən Paşinyan Makronla da görüşəcək.
Vaşinqtonda olduqca soyuq münasibət gördükdən sonra Nikol Paşinyanın Ermənistana ağır əhval-ruhiyyədə qayıtdığı və təsəlli olaraq Makronla görüşmək və çox güman ki, Ermənistanın AB-yə daxil olması ilə bağlı gündəmə aydınlıq gətirmək qərarına gəldiyi bildirilir.