Bu ilin yanvar ayı üzrə dünyanın ən yüksək reytinqli smartfonlarının siyahısı dərc edilib.
Siyahını “AnTuTu” bençmarkının tərtibatçıları hazırlayıb.
Siyahıya “Vivo X200 Pro Satellite Edition” smartfonu liderlik edir.
“Oneplus Ace 5 pro” subflaqmanı ikinci, “Red Magic 10 Pro+” isə üçüncü yeri tutub. Onları “iQOO 13” təqib edir.
Top-beşliyi “iQOO Neo 10 Pro” smartfonu tamamlayır.
Qeyd olunub ki, reytinqə çin bazarında satışa çıxarılan smartfonlar düşüb.