2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?

0
11

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Bu barədə şuradan məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olan proqramların janr bölgüsü belə olub:

23.4% – informasiya və analitik proqramlar;

16.0% – idman proqramları;

14.1% – reklam məzmunlu materiallar;

13.5% – musiqi və əyləncəli proqramlar;

12.8% – bədii filmlər və seriallar;

8.7% – mədəni-maarif janrında proqramlar;

3.3% – anonslar və elanlar;

3.1% – sənədli film və materiallar;

2.8% – sosial proqramlar;

1.2% – uşaq proqramları və cizgi filmləri;

1.1% – sosial çarxlar.