Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA – “Bu onlara niyə lazımdır?”

0
10

Türkiyə hakimiyyəti 2025-ci ildə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu “CNN Türk” telekanalına açıqlamasında bildirib.

“Biz istəyirik ki, 16 yaşadək gənclərimiz sosial mediadan uzaq olsunlar. Bu onlara niyə lazımdır? Onsuz da orada onlar üçün faydalı heç nə yoxdur”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, son vaxtlar Türkiyədə bunu təsdiqləyən hadisələr baş verib.

“İnşallah, 2025-ci ildə biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik”, – Uraloğlu vurğulayıb.

2024-cü ilin avqust ayından ölkədə yeniyetmələr arasında populyar onlayn oyun “Roblox” bloklanıb. Bundan əlavə, ötən il Türkiyə hakimiyyəti oyunçular arasında populyar olan “Discord” mesajlaşma xidmətini də qadağan edib.

Türkiyə səlahiyyətliləri “Discord”un narkotik və uşaqların cinsi istismarı ilə əlaqəli olduğunu bəyan edib.