Qarabağın Ermənistan ərazisinə daxil edildiyi saxta xəritə Ermənistan parlamentindən yığışdırıldı

0
9

Qarabağın təsviri olan saxta xəritə Ermənistan parlamentindən yığışdırılıb.

Hadisə Ermənistan parlamentinin iclasında baş verib.

Belə ki, müxalifət fraksiyasından olan deputat Anna Mkrtçyan parlamentin tribunasına qalxaraq Qarabağın Ermənistan ərazisinə daxil edildiyi saxta xəritəni spiker və onun köməkçilərinin əyləşdiyi tribunaya yapışdırıb.

Lakin hadisədən qısa müddət sonra Ermənistan parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşı saxta xəritənin təsvir olunduğu kağızı cıraraq qanunsuzluğu aradan qaldırıb.