Ermənistan Aİ-nin “aviasiya qara siyahısı”na salınmasına səbəb olan bütün çatışmazlıqları aradan qaldırıb. Müvafiq sənəd Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Direktorluğuna təqdim edilib və onlardan cavab gözləyir.
Bu barədə “Sputnik Ermənistan”a ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.
Nazirlik izah edib ki, Ermənistanın “qara siyahı”dan çıxarılması ilə əlaqədar Mülki Aviasiya Komitəsi 2024-cü il oktyabrın 1-də Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Direktorluğuna müraciət edib. Bununla belə, başlanğıc noyabrın 13-də, Ermənistan nümayəndələrinin və ECMT Direktorluğunun ilk görüşü baş tutanda verilib.
“Hazırda Ermənistan aviaşirkətlərinin Aİ ölkələrinə uçuşlarına qadağanın mümkün ləğvinin vaxtı məsələsi Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun qərarından asılıdır”, – deyə cavabda deyilir.
Departament onu da qeyd edib ki, Ermənistan aviaşirkətlərinin Aİ ölkələrinə uçuşlarına qadağa qoyulması müəyyən maneələrə səbəb olub. Bununla belə, uçuşları yerinə yetirmək üçün yerli aviadaşıyıcılar müvafiq razılaşmalar əsasında digər aviaşirkətlərin təyyarələrindən istifadə edə bilərlər.
Qeyd edək ki, 2020-ci ildə Avropa Komissiyası Ermənistan aviaşirkətlərini Aİ-nin yenilənmiş uçuş təhlükəsizliyi siyahısına, başqa sözlə, “qara siyahı”ya daxil edib. Bu o deməkdir ki, Ermənistan aviaşirkətləri beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi üçün Aİ-nin fəaliyyət qadağasına məruz qalıb. Ermənistan Əfqanıstan, Anqola, Konqo, Nepal, Sudan və s. kimi ölkələrlə birlikdə “qara siyahı”ya salınıb.