19 Yanvar Qəbələ Cümə Məscidində “Qan Yaddaşımız” adlı tədbirimiz oldu.
Tədbirimizdə Şəhid Analarımız və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova, şagirdlər , məscid müəllimləri iştirak etmişdir
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qurani Kərim oxuyub şəhidlərin ruhlarına bağışladılar .Gənc qızlarımız vətənpər ruhlu şerlər, kompozisiyalar səsləndirdilər.
Tədbirin təşkilatçısı Qəbələ şəhər Cümə məscidi qadın dini ayinlərin icraçısı Nuranə Ağammədova
gələn qonaqlara öz minnətdarlığını bildirmişdir.
Dini müəllimə Arzu xanım şəhid ailələrinə dini kitab hədiyyə etmişdi.
Tədbir ehsan çay süfrəsi arxasında davam etmişdir.
Şəhidlər Xiyabanına ziyarətə edilib,abidəsi önünə gül dəstələri qoyulmuşdu.
Allah şəhidlərimizə rəhmət etsin.
Vətənimizi bəlalardan qorusun
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri