Xroniki yorğunluğun yeni səbəbi tapıldı

0
11

Amerikalı alimlər aşkar ediblər ki, COVID-19 keçirmiş insanların xroniki yorğunluq sindromundan (CFS) əziyyət çəkmə ehtimalı 7,5 dəfə çoxdur.

Araşdırma “Journal of General Internal Medicine” jurnalında dərc olunub.

CFS simptomlarına həddindən artıq yorğunluq, ayağa qalxarkən başgicəllənmə, yuxusuzluq, zehni tükənmə və ümumi zəiflik hissi daxildir.

COVID-19-un hələ də mövcudluğunu nəzərə alaraq, müəlliflər aşkar olunmayan xroniki yorğunluq hallarının mümkün artması barədə xəbərdarlıq edirlər.