Rasim Məmmədov:”Bu hadisələrə sivil etiraz vacibdir”

0
86

Yanvar ayının 18 də İmişli şəhərində polis əməkdaşının törətdiyi avtoyol qəzasında körpələrin dünyasını dəyişməsi hər kəs kimi məni də kədərləndirir.Təssüf hissi ilə demək istəyirəm ki,bu hadısədən sonra vətəndaşların hərəkətlərini də qınamamaq mümkün deyildir.Ancaq bu hərəkətlərin arxasındakı amilləri də görməməkdən keçmək mümkünsüzdür.Baş vermiş hadisəyə sivil qaydada etiraz etmək daha yaxşı olardı.Son dövrlərdə polis zabitinin iş otagında tabel silahla özünə qəsd etmə halları,polis zabitinin polis idarəsində öz həyat yoldaşını tabel silahı ilə qətlə yetirməsi,polis zabitinin sevgilisini və özünü Yasamal r-n ərazisindəki hündür mərtəbəli binada qısqanclıq zəminində tabel silahı ilə güllələməsi faktlarını da öz gözlərimizlə görmüşük.Ancaq bunlara belə içtimai qınagın olmaması gətirib vətəndaşların qeyri qanuni yollarla etirazına səbəb olur.Bu gün hadisəyə qeyri qanuni cinayətlə cavab verilməsi heç bir çərçivəyə sıgışmayan haldır.İndi kütləvi həbslərin özü də polisə olan bir çox vətəndaşların qıcıgına səbəb olacaq.Bu işdə Azərbaycan ziyalıları,ağsaqqalları,elm,mədəniyyət,ədəbiyyat adamlarının düzgün qiymət verməsinə böyük ehtiyac duyuldugu vaxt,onların susması da heç də xoşa gələn hal deyil.Real tv də canlı yayım debatında Polis polkovniki Elşad Hacıyevlə Hikmət Babaoglunun halının pisləşməsini başa düşürük.Ancaq onu da bildirim ki, haqqı, ədaləti,həqiqəti demək ən böyük kişilikdir,kişilərində çoxu 1941-45 ci və 44 günlük müharibədə dünyasını dəyişiblər.İndi isə haqqi deyə bilməyən öz şəxsi mənafeyini güdənlərin sayı çoxdur.Ancaq ölkədə bir kişi var oda Müzəffər Ali baş komandandır.Hacıbala Abutalıbov demişkən:Gəlin kişilərə xatir dözək,səbrli olaq,onsuz da həm dövlət başçısının həm də onun arxasında dəmir yumruq kimi birləşən,ölümə hər an hazır olan xalqın da səbr kasası dolubdur. Allah günahsız məsum körpə azyaşlılara rəhmət etsin,valideyinlərinə səbr versin,İmişli içtimaiyyətinə də “başınız sagolsun əziz imişlilər”. deyək.

Övlad faciəsi ən dözülməz bir haldır.

Rasim Məmmədov, İNK-sədri,DAMM-nin prezidenti,SİM-İB-nın rəhbəri.