Böyük Çin səddi ehtiyatlı və natamam restavrasiya olunur – FOTO

0
449

Böyük Çin səddinin ən çox ziyarət edilən Pekin hissəsi 7% (37,5 km) restavrasiya olunub.

Bu barədə “RİA Novosti”yə Pekin hökumətinin müşaviri Yuy Pin bildirib.

Böyük Çin səddinin Pekin hissəsi illər boyu dünyanın ən çox ziyarət edilən turist məkanlarından biri sayılır. İnsan axını divarın təmirinə zərurət yaradır.

Böyük Çin səddinin bu hissəsi 6 inzibatı rayonun ərzisindən keçir və 520,71 km təşkil edir. Bir neçə il ərzində onun 37,5 km hissəsi restavrasiya olunub”, – deyə, xanım məmur bildirib.

O həmçinin onu da bildirib ki, Çinin tarixi divari tam restavrasiya etmək fikri yoxdu, rekonstruksiya olunan yerlərdə isə “ən az müdaxilə” prinsipi üstün tutulur.

Qeyd edək ki, Böyük Çin səddinin uzunluğu 21 196 km, eni – 5-8 metr, hündürlüyü isə orta hesabla 6-7 metrdir.