Beyin xərçəngi əlamətlərini aylar əvvəldən göstərir: Səhər belə oyansanız, böyük təhlükə var

0
12

Beyin xərçəngi hər yaşda rast gəlinə bilər, lakin xüsusilə 15 yaşdan kiçik uşaqlarda və 65 yaşdan yuxarı böyüklərdə daha çox müşahidə olunur.

Xəstəlik genetik mutasiyalar, baş travmaları, radiasiyaya məruz qalma və irsi faktorlar səbəbindən inkişaf edə bilər.

Əsas əlamətlər

Səhər baş ağrıları: Şişin beyinə təzyiq etməsi səbəbindən baş ağrıları daha çox səhər saatlarında hiss edilir və ağrı gecələr yuxudan oyandıra bilər.

Qıcolmalar: Beyin fəaliyyətinə təsir edən dəyişikliklər qıcolmalara səbəb ola bilər.

Yaddaş və nitq problemləri: Görmə, yaddaş və danışıq qabiliyyətində dəyişikliklər müşahidə olunur.

Tarazlıq və güc itkisi: Bədənin bir və ya bir neçə hissəsində zəiflik və tarazlıq problemləri yaranır.

Xəstəliyin risk faktorları

Genetik meyillilik (Turner, Linç sindromu və s.)

Baş travmaları

Radiasiya və kimyəvi maddələrə məruz qalma

İrsi xəstəliklər

Simptomların ciddiliyi

Baş ağrıları xəstələr tərəfindən çox vaxt nəzərə alınmır və reseptsiz dərmanlarla müalicə olunmağa çalışılır. Lakin nevroloji əlamətlər artdıqda, mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Belə ki, beyin xərçənginin erkən əlamətlərini diqqətdən qaçırmamaq, xüsusilə səhərlər şiddətlənən baş ağrıları və digər nevroloji dəyişikliklər zamanı dərhal həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə həyati əhəmiyyət daşıyır.