Bakının Qərbi Azərbaycanla bağlı tələblərinə Moskvadan REAKSİYA

0
12

Moskva Bakı ilə İrəvan arasında bütün humanitar məsələlər üzrə dialoqun tərəfdarıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bakının Qərbi Azərbaycanla bağlı tələblərini şərh edərkən deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mətbuatına verdiyi müsahibədə bildirib ki, keçən əsrin sonunda Ermənistanı tərk etmiş 300 minə yaxın azərbaycanlı geri qayıtmaq və reinteqrasiya şərtləri ilə bağlı İrəvanın cavabını gözləyir.

“Ermənistan hakimiyyətinin özlərinin bu bəyanatlara münasibətini İrəvanda soruşmaq daha yaxşıdır”, – deyə Zaxarova bildirib.

O əlavə edib ki, bura qaçqınların hüquqlarına hörmət, tarixi, mədəni, dini irs abidələrinin qorunması; onlara təhlükəsiz və sərbəst girişin təmin edilməsi; itkin düşmüş şəxslərin axtarışı, hərbi əsirlərin və məhbusların mübadiləsi kimi məsələlər daxildir.

Onun sözlərinə görə, Moskva Bakı və İrəvanın bütün humanitar məsələlər üzrə dialoqun bərpasının vacibliyini dəfələrlə qeyd edib. Rusiya da öz növbəsində yardım etməyə hazırdır.