Körpə uşağa əlavə süd və qida kimi inək südü içirmək yaşlı nəslin tövsiyəsidir. İndi isə müasir uşaqlara süni qidalar verilir və analar laktoza dözümsüzlüyündən qorxur.
Pediatr Elşən Tağıyev inək südü ilə qidalanmaya aydınlıq gətirib.
“6 aylıqdan yuxarı körpələrə gündə 50 ml-dən çox olmamaq şərti ilə inək südü vermək olar. Amma südü birbaşa içirmək olmaz. Qidalara, sıyıqlara qatmaq olar. İnək südünə qarşı güclü allergiya və həssaslıq olarsa, həkimə müraciət edin.
Körpəyə 6 ayına qədər heç bir heyvani qida, süd vermək olmaz”, – pediatr qeyd edib.