Gürcüstan DİN müxalifət partiyalarına müraciət etdi

0
10

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət tərəfdarlarının noyabrın 24-də planlaşdırdıqları etiraz aksiyası ilə bağlı partiya liderlərinə və əhaliyə müraciət edib.

Bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, strateji və ya xüsusilə vacib obyektlərin bloklanması qanunla qadağan edilir. Planlaşdırılan mitinqin iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş yığıncaq çərçivəsindən kənara çıxmamalı və qeyri-qanuni hərəkətlərdən çəkinməlidirlər. Əks halda, polis bütün lazımi qanuni tədbirləri görəcək.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrini tanımayan müxalifət bu gün saat 21:00-da Tbilisidəki Respublika meydanında toplaşacaq, oradan parlamentin binasına doğru yürüş edəcək. Aksiya iştirakçıları burada gecələyərək noyabrın 25-də səhər 11-ci çağırış parlamentin ilk iclasının keçirilməsinə mane olmağa çalışacaqlar.