Peskov müharibənin bitəcəyi vaxtı açıqladı: Onlar bizimlə…

0
10

Qərb Moskvaya son ukraynalıya qədər müqavimət göstərmək niyyətindədir, lakin bu, heç bir nəticə verməyəcək.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Onların nə Ukraynaya, nə də ukraynalılara yazığı gəlir. Onlar bizimlə sonuncu ukraynalıya qədər döyüşməyə hazırdırlar, özləri bu barədə demək olar ki, açıq danışırlar”, – Peskov qeyd edib.

O bildirib ki, “xüsusi əməliyyat” Qərb liderləri ilə qarşıdurmaya baxmayaraq, əvvəllər qarşıya qoyulan bütün məqsədlərə nail olunana qədər davam edəcək.

Bundan əvvəl “New York Times” ABŞ administrasiyasının adının açıqlanmayan nümayəndələrinə istinadən yazmışdı ki, ölkə prezidenti Co Bayden ilk dəfə Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadəyə icazə verib. Nəşrin mənbələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin ilk zərbələri böyük ehtimalla bu raketlərlə həyata keçiriləcək.