Xüsusilə “Boston Dynamics”in təşəbbüslərindən sonra son illərdə tamamilə fərqli bir ölçüyə keçən insanabənzər robot inkişaf proseslərinə bir yenisi daha əlavə olunub.
Çində yerləşən “EngineAI Robotics” şirkəti ilk tam ölçülü insanabənzər robotu “SE01”i təqdim edib. Yüksək texnologiya və estetik dizaynı birləşdirən “SE01” robototexnika sahəsində yeni inkişafa səbəb olub.
“SE01”in diqqət çəkən cəhətlərindən biri onun təbii və insana bənzər yeriməyə imkan verən inkişaf etmiş neyron şəbəkə sistemidir. Robot texnikası dünyasında illərdir həll olunmayan bu çətin maneəni “SE01” dəf etməyi bacarıb. Beləliklə, “SE01” insanabənzər robototexnika sahəsində yeni bir mərhələyə çatıb.