Rusiya ilə Gürcüstan barışır? – Medvedev eyham vurdu

0
29

Gürcüstanda Aİ və NATO-ya münasibət dəyişib.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT telekanalına eksklüziv müsahibəsində bildirib.

“Fakt budur ki, mənə elə gəlir ki, Gürcüstanda Avropa İttifaqına və NATO-ya münasibət dəyişib. Ancaq Rusiya yaxınlıqdadır”, – Medvedev deyib.

Medvedevin sözlərinə görə, Ukraynada baş verənləri izləyən insanların çoxu indi anlayırlar ki, alyansa üzvlük nəyin bahasına başa gəlir.

Bundan əvvəl Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların faktiki dayandırıldığını elan edib.