Gürcüstanda əhaliyə xəbərdarlıq: Qasırğa olacaq

0
510

Gürcüstanda hava şəraiti kəskin dəyişəcək, Qara dəniz sahillərində qasırğa olacaq.
Bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyi xəbərdarlıq yayıb.
Məlumatda deyilir ki, avqustun 30-31-də ölkə ərazisində güclü yağışlar yağacaq, bəzi bölgələrdə dolu düşəcək, güclü külək əsəcək. Qara dənizin Gürcüstan sahillərində 4-5 ballıq qasırğa gözlənilir. Sahilboyu qırmızı fənərlər yandırılıb, dənizə girmək qadağandır.