Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq

0
31

Qazaxıstan İrəvan və Bakıya sülh müqaviləsinin imzalanması üzrə danışıqlar üçün yenidən Almatıda platforma təklif etməyə hazırdır.

Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti Ermənistan prezidenti Vaaqn Xaçaturyanla Astanada aparılan danışıqların nəticələrinə əsasən bildirib.

“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təqdim etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, – məlumatda deyilir.