Azərbaycanda orta aylıq əməkhaqqı 997 manat olub

0
41

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 997.1 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 754.9 min nəfər olub, onlardan 878.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 876.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18.9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.2%-i təhsil, 12.8%-i sənaye, 8.3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.9%-i tikinti, 6.4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3%-i nəqliyyat və anbar təsərrüfatı, 3.8%-i peşə, elmi və texniki fəaliyyət, 3.3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2 %-i maliyyə və sığorta fəaliyyəti, 14.9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.