Türkiyə Qarabağda məktəb açacaq

0
50

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.

Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib.

O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur.

B. Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sürətlə və uğurla davam edir.