Uğrunda ölməyəcəyin bayragın kölgəsinə sığınma

0
25

Qəbələ rayon Əmirvan kənd şəhid Abdurrahmanov Elvinin 4- cü il dönümü qeyd olundu.
Tədbirdə Qəbələ TV, , mədəniyyət işçiləri,şəhid ailələri, qazilər,yazarlar, kənd icra nümayəndəsi,regiondan gələn qonaqlar iştirak etdi.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur

Gələn qonaqlara çıxış üçün söz verilmiş,
Elvin Abdurrahmanovun qəhramanlıgından danışılmışdır.

1 oktyabr 1996; Qəbələ rayonu, Əmirvan kəndi — 2 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı giziri, Vətən müharibəsinin şəhidi.

Elvin Abdurahmanov Əbülfəz oğlu 1996-cı il 1 oktyabrda Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyəti ləzgi idi. 2003-2014-cü illərdə orta təhsilini doğulduğu kənddə yerləşən orta məktəbdə alıb.

Elvin Abdurahmanov 2014-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Naxçıvan MR Kəngərli rayonunda Xüsusi Təyinatlı olaraq davam etdirib. 2017-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı qüvvələrinin 6 aylıq kurslarına daxil olur və buranı uğurla bitirərək Xüsusi Təyinatlı Qüvvələr sırasında hərbi xidmətə başlayır.

Azərbaycan Ordusunun xüsusi təyinatlı giziri olan Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətindəki yüksəkliklər uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abdurahmanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid, Əmirvan kəndində yerləşən qəbristanlığda dəfn edilib.

Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri